EN

Qəfil yağan QAR LERİKİ xəritədən silə bilər-RAYONDA TEXNİKA VAR, AMMA TƏKƏRİ YOXDUR...

Qəfil yağan QAR LERİKİ xəritədən silə bilər-RAYONDA TEXNİKA VAR, AMMA TƏKƏRİ YOXDUR...

Bu xəbər hər kəsin nəzərini Lerikə yönəldib. Belə ki, Lerikdən verilən məluumata görə texnika kifayət qədər olsa da, lakin istismara  hazır deyil. Bu bir həqiqətdir ki, sənədlərdə hər bir texnika üçün istismar sənədləri TƏRTİB EDİLİR. VƏ GÖSTƏRİLİR Kİ, İSTƏNİLƏN FÖVQALADƏ VƏZİYYƏTDƏ TEXNİKA VƏZİYYƏTİ DÜZƏLDƏ BİLƏCƏK GÜCƏ MALİKDİR. Təəssüflər olsun ki, yaranan durum bir daha onu göstərir ki, dövlət büdcəsinə "zəli" kimi yapışan məmurlar belə halları nəzərə almır. Nəticədə isə insanlar ağır duruma düşürlər. Lerikin 80-dən yuxarı kəndlə əlaqəsi itib. Bu çox təhlükəli vəziyyətdir. Demək ki, idarəetməçilikdə ciddi nöqsanlar var. Bir çox xarici dili mükəmməl bilməyin ucqar bir kənddə idarəetməçiliyə heç bir faydası yoxdur. İnsanlar köməksiz vəziyyətdədir.  Lerik camaatı ölkə rəhbəri İlham Əliyevdən kömək istəyir. Qeyd edək ki, yol kənarında bitən ağacların yola aşması da hərəkətə ciddi çətinliklər yaradıb.  Aidiyyatı qurumlar hərəkətə keçməli yardıma ehtiyacı olanlara yardım etrməlidir. İnsanlar Yolu açan texnikaya görə Leninin atasına rəhmət oxuyur. 

Lerik rayonunda yağan qar bir daha göstərdi ki, yenə rayon rəhbərliyi qış mövsümünə lazımi səviyyədə hazırlaşmayıb. Dağ rayonları üçün əsas prioritetlərdən biri məhz qışa hazırlıqdır. Hər il dövlət büdcəsindən bu məqsədlə külli miqdarda vəsait ayrılır, xüsusi planlar tərtib olunur. Lakin Lerikdə yaranan son vəziyyət bu planların faktiki olaraq icra edilmədiyini ortaya qoyur.

Hazırda rayonda ağacların qırılaraq yolları bağlaması, elektrik xətlərinin sıradan çıxması, texnika çatışmazlığı bəhanəsi ilə yolların ümumiyyətlə təmizlənməməsi ciddi idarəetmə problemlərindən xəbər verir. Mövcud mənzərə göstərir ki, Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov ucqar dağ rayonunun real problemlərinə vaxtında və adekvat reaksiya verməyib.

Məlumdur ki, Lerik dağ rayonudur və qış ayları burada hər zaman sərt keçir. Qarın intensiv yağması bu rayon üçün fövqəladə hal deyil, illərlə təkrarlanan təbii prosesdir. Elə bu səbəbdən də qışa hazırlıq isti aylardan başlamalı idi, xüsusilə mərkəzi və kənd yollarının vəziyyəti daim nəzarətdə saxlanmalı idi. Yol kənarlarında çürümüş və təhlükə yaradan ağaclar vaxtında təmizlənməli, yalnız sağlam ağaclar saxlanılmalıdır ki, qarlı və küləkli havalarda yolların bağlanması kimi hallar yaşanmasın.

Məsələ ilə bağlı “Azərişıq” ASC-nin də açıqlaması vəziyyətin nə qədər nəzarətdən çıxdığını göstərir. Qurum Lerik rayonunda 80-ə yaxın kəndin işıqsız qalmasına münasibət bildirərək qeyd edib ki, problem təkcə elektrik təsərrüfatı ilə bağlı deyil: “Lerikin mərkəzi yolları bağlıdır. Əvvəlcə yollar açılmalıdır ki, texnika hərəkət edə bilsin. Bütün məsuliyyət təkcə bizim üzərimizdə deyil. Ağaclar qırılaraq yolboyu tökülüb. Bizim həmin ağacları kəsib götürməyə səlahiyyətimiz yoxdur”.

Bu açıqlama bir daha sübut edir ki, Lerikdə aidiyyəti qurumlar, xüsusilə rayon icra hakimiyyəti vaxtında preventiv tədbirlər görməli idi. Yol kənarlarında təhlükə yaradan ağaclar öncədən təmizlənsəydi, nə yollar bağlanar, nə də onlarla kənd günlərlə işıqsız qalardı.

 (davamı var)



Chosen
100
azia.az

1Sources