EN

Paytaxt yollarında təhlükə: DİN sürücüləri diqqətli olmağa çağırır

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) sürücülərə müraciət edib.

Verilən proqnozlara əsasən, paytaxtda gecə saatlarında havanın şaxtalı keçəcəyi, bəzi yolların buz bağlayacağı və sürüşmə riskinin artacağı gözlənilir. Bununla əlaqədar olaraq, sürücülərə sürət həddinə ciddi əməl etmələri, qəfil manevrlərdən çəkinmələri və nəqliyyat vasitəsini ehtiyatla idarə etmələri tövsiyə olunur.

Qurumdan bildirilib ki, yollarda nasazlıq və ya texniki problem yarandığı halda, avtomobil dərhal yolun kənarına çəkilməli və digər hərəkət iştirakçıları üçün təhlükə yaradılmamalıdır.

Həmçinin qeyd olunub ki, hava şəraitinin kəskinləşməsi fonunda bəzi küçə və prospektlərdə təhlükəsizlik məqsədilə sürət həddi müvəqqəti olaraq endirilə bilər.

NİİM yol hərəkəti iştirakçılarının operativ şəkildə məlumatlandırılmasını təmin edəcəyini vurğulayıb.

Chosen
47
1
nocomment.az

2Sources