Bakının Yeni Günəşli qəsəbəsində yağan güclü qar sürücülərə çətin anlar yaşadıb.
NOCOMMENT.az xəbər verir ki, yağıntı səbəbindən yolların buz bağlaması avtobus və minik avtomobillərinin hərəkətində ciddi problemlər yaradıb.
Sürücülər sürüşkən yol şəraiti ucbatından irəliləməkdə çətinlik çəkdiklərini bildiriblər. Bəzi marşrut xətləri üzrə avtobusların gecikdiyi, hətta müəyyən ərazilərdə nəqliyyatın müvəqqəti olaraq dayanmaq məcburiyyətində qaldığı qeyd olunur.