EN

2 nəfər dəm qazından zəhərləndi

Sumqayıt şəhərində dəm qazından zəhərlənmə halları qeydə alınıb.

NOCOMMENT.az xəbər verir ki, məlumata görə, 9-cu mikrorayonda yaşayan 2011-ci il təvəllüdlü İsmayıllı Fərid Vüsal oğlu yaşadığı ünvanda dəm qazından zəhərlənib. O, təcili tibbi yardım vasitəsilə xəstəxanaya çatdırılıb. Vəziyyətinin orta-ağır olduğu bildirilir. Hazırda Uşaq Xəstəxanasında müalicə olunur.

Digər hadisə isə şəhərin 22-ci məhəlləsində, Yataqxana 2 ünvanında baş verib. 1987-ci il təvəllüdlü Bağırova Şəbnəm Mirbehbud qızı dəm qazından zəhərlənərək xəstəxanaya yerləşdirilib. Onun da vəziyyətinin orta-ağır olduğu bildirilir. Zərərçəkən Təcili Tibbi Yardım Xəstəxanasında həkim nəzarəti altındadır.

Hadisələrlə bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

Chosen
80
1
nocomment.az

2Sources