EN

İran iğtişaşlarda xarici vətəndaşların iştirak etdiyini bildirib

ain.az, Bizimyol portalına istinadən məlumat verir.

Əcnəbilər İrandakı silahlı iğtişaşlarda iştirak ediblər.

Bizimyol.info xəbər verir ki, bu barədə İslam Respublikasının Hava Hücumundan Müdafiə Qüvvələrinin komandanı general-mayor Əlirza Elhami bildirib.

"Baş verənlər küçə iğtişaşları deyildi; bu, 12 günlük müharibənin (İsrail və ABŞ-la) davamı idi. İğtişaş iştirakçılarının çoxu iranlı deyildi", - deyə "Mehr" xəbər agentliyi onun sözlərinə istinadən məlumat verib.

Bir müddət əvvəl İran polisi hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı qırğınlarda və hücumlarda iştirak etməkdə ittiham olunan 300 nəfərin həbs olunduğunu bildirib.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
68
bizimyol.info

1Sources