EN

Tokayev qaz yataqlarının yavaş işlənməsindən narazıdır

Ayna saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

“Qaz hasilatı Qazaxıstan iqtisadiyyatının ehtiyaclarından geri qalır””

“Qaz hasilatı Qazaxıstan iqtisadiyyatının ehtiyaclarından geri qalır”. AYNA.AZ Qazaxıstan mediasına istinadən bildirir ki, Prezident Qasım-Comart Tokayev bunu Qızılordada keçirilən Milli Qurultayda çıxış edərkən bildirib.

"Təbii qaz istehsalı iqtisadiyyatımızın artan ehtiyaclarından geri qalır. Təkcə ötən il kommersiya qazının idxalı 18% artaraq 4,5 milyard kubmetrə çatıb. Bu arada, yeni qaz yataqlarının istismara verilməsi qəbuledilməz dərəcədə yavaş templə davam edir", - deyə o bildirib.

Prezident hesab edir ki, bu vəziyyət "indiki fövqəladə hallarda tamamilə qəbuledilməzdir".

Prezident bildirib ki, “QazaqGaz”a öz vəsaitləri hesabına perspektivli yataqların işlənməsini başlatmaq və investorları cəlb etmək tapşırığı verib.

"Mövcud vəziyyət səmərəsiz planlaşdırmanın birbaşa nəticəsidir ki, bu da hazırkı fövqəladə hallarda tamamilə qəbuledilməzdir. Mən “QazaqGaz” rəhbərliyinə öz vəsaitləri hesabına perspektivli yataqların işlənməsini başlatmaq və investorları cəlb etmək tapşırığı verimişəm", - Tokayev bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
68
ayna.az

1Sources