Footbal-plus saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
“Qarabağ” sabah Çempionlar Liqasında növbəti oyuna çıxacaq. Elə-belə yox, taleyüklü oyuna. Rəqib isə Almaniyanın Frankfurt şəhərini təmsil edən “Ayntraxt”dı. Son günlər Bakıda hava qeyri-sabitdi. Bəs sabah, oyun saatında necə olacaq? Proqnozlarda gündüz +3 dərəcə, gecə isə 0 dərəcə olacağı deyilir. Bugünlə müqayisədə daha mülayim hava olacaq. Oyun zamanı yağıntı gözlənilmir. Matç start götürəndən sonra hərarət 0 dərəcəyə enəcək, amma hiss olunan hava -8 dərəcədi. Ümid edək ki, soyuq hava şəraiti “Qarabağ”ın oyununa təsir göstərməyəcək. -13 dərəcədə Budedə qələbə qazanan “köhlən atlar” bu soyuq havada da qəlbimizi isidəcək. İsidə bilər? İsidə bilər!MÜZƏFFƏR QULUZADƏ
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.