EN

Lukaşenkodan SƏRT SÖZLƏR: “Yalandır!” KONKRET

Konkret.az saytından alınan məlumata görə, ain.az bildirir.

Belarus Prezidenti Aleksandr Lukaşenko ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurasında iştirak üçün 1 milyard dollar ödənilməsinin zəruriliyi barədə yayılan məlumatı “yalan” adlandırıb.

“Bu xəstə insanlar növbəti dəfə özlərini rüsvay etdilər. Sadəcə sənədi oxumaq lazımdır. Heç bir pul tələb olunmur”, – deyə Lukaşenko BELTA-ya açıqlamasında bildirib.

KONKRET.az xəbər verir ki, eyni zamanda o vurğulayıb ki, Şurada təsisçi qismində ilk üç il ərzində pulsuz iştirak etmək mümkündür.

“Amma əgər üç ildən sonra da orada qalmaq, səni yenidən seçmələrini, dəvət etmələrini və təyin etmələrini istəyirsənsə – 1 milyard dollar ödəməlisən və bundan sonra daha üç il fəaliyyət göstərə bilərsən. Yəni 1 milyard yalnız üç ildən sonra işləmək istəsən lazımdır”, – deyə Lukaşenko qeyd edib.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
139
1
konkret.az

2Sources