ain.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
ABŞ Prezidenti Donald Tramp Meksika körfəzinə öz adının verilməsi ideyası ilə bağlı zarafat etdiyini bildirib.
Globalinfo.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Ağ Evdə keçirilən brifinq zamanı Tramp qeyd edib ki, körfəzin adının dəyişdirilməsi ilə bağlı müxtəlif fikirlər səsləndirib.
“Niyə Meksika körfəzi? Bu, Amerika körfəzi olmalıdır. Mən onu Tramp körfəzi adlandırmaq istəyirdim, amma belə desəm, öldürüləcəyimi düşündüm. Bunu etmək istəyirdim, amma sonra fikrimi dəyişdim. Zarafat edirəm”, – deyə ABŞ Prezidenti bildirib.
Xatırladaq ki, 2025-ci ilin yanvarında Donald Tramp Meksika körfəzinin adının “Amerika körfəzi” olaraq dəyişdirilməsi ilə bağlı sərəncam imzalamışdı. Sənəddə bu qərarın bölgənin “çiçəklənən iqtisadi resurs” olmasını və ABŞ iqtisadiyyatı üçün strateji əhəmiyyətini vurğulamaq məqsədi daşıdığı qeyd olunurdu.
Tahir Turan
Globalinfo.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.