EN

“Real” "Monako”nu darmadağın etdi

UEFA Çempionlar Liqasının 2025/2026 mövsümünün ümumi mərhələsinin 7-ci turu çərçivəsində Madridin “Real” klubu ilə “Monako” komandası üz-üzə gəlib.

90deqiqe.Az-ın məlumatına görə, “Santyaqo Bernabeu” stadionunda keçirilən qarşılaşmada meydan sahibləri 6:1 hesablı inamlı qələbə qazanıblar.

Görüşün baş hakimi norveçli Espen Eskos olub. Matçda hesab 5-ci dəqiqədə açılıb. “Real”ın hücumçusu Kilian Mbappe dəqiq zərbə ilə fərqlənib. 26-cı dəqiqədə Mbappe dubla imza atıb. İkinci hissənin əvvəlində “kral klubu”nun hücumçusu Franko Mastantuono hesabı darmadağın səviyyəsinə çatdırıb. 55-ci dəqiqədə “Monako”nun müdafiəçisi Tilo Kerer topu öz qapısına göndərib. 63-cü dəqiqədə Vinisius Junior Madrid təmsilçisinin beşinci qolunu vurub. 72-ci dəqiqədə “Monako”nun müdafiəçisi Cordan Teze fərqi azaldıb. 80-ci dəqiqədə isə meydan sahiblərinin yarımmüdafiəçisi Cud Bellinqem qarşılaşmada son nöqtəni qoyub.

“Monako”nun rusiyalı yarımmüdafiəçisi Aleksandr Qolovin oyuna start heyətində başlayıb və 84-cü dəqiqədə əvəzlənib.

Ümumi mərhələnin yeddi turundan sonra “Real” 15 xal toplayaraq turnir cədvəlində ikinci pillədə qərarlaşıb. “Monako” isə 9 xalla 20-ci yerdədir. Növbəti turda Madrid klubu “Benfika” ilə (28 yanvar), “Monako” isə “Yuventus”la (28 yanvar) qarşılaşacaq.

Qeyd edək ki, UEFA Çempionlar Liqasının 2025/2026 mövsümünün final oyunu Budapeştdə yerləşən “Puşkaş Arena”da keçiriləcək. Turnirin həlledici matçı 30 may 2026-cı il tarixində baş tutacaq.

Chosen
66
90deqiqe.az

1Sources