EN

Nəsimi RİH-də müavinlərin SAVAŞI - Zahid Xəlilov cəbhəni genişlədirir - FOTO

"Nəsimi rayonunda icra başçının müavini Ramiz Quliyev vəzifəsindən azad edildi. Bundan bir neçə gün sonra Nəsimi RİHB Elxan İbrahimov da vəzifədən azad olundu. Az sonra icra hakimiyyətində ilk böyük toplantı da keçirildi. Və, PA-nın ərazi-təşkilat məsələləri şöbəsinin 1-ci ərazi sektorunun müdiri Tağı Tağıyevə kürəyini söykəyən rayon icra başçısının səlahiyyətlərini müvəqqəti icra edən Zahid Xəlilov hesabat tədbirini giriş nitqi ilə açaraq az qala rayonda atəşfəşanlıq təşkil edəcəkdi" deyən RİH-də olan mötəbər mənbəmiz bir çox iddialarla çıxış edib.

Paytaxt.org-a rayonda baş verən hadisələrdən danışan mənbəmiz Nəsimi rayon icra hakimiyyəti başçısının səlahiyyətlərini müvəqqəti icra edən Zahid Xəlilovla bağlı bəzi olayların həqiqət olduğunu açıqlayıb.

İddia olunub ki, Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 1-ci ərazi sektorunun müdiri Tağı Tağıyevin himayəsi altında olan Zahid Xəlilov, İcra başçısı Elxan İbrahimovun və icra başçısının müavini Ramiz Quliyevin vəzifələrini itirməsində birbaşa əli var.

 

Hesab edirəm ki, Zahid Xəlilov axşam yemək yediyi Ramiz Quliyevi o həddə çatdırıb ki, o sabahkı gün ərizə yazaraq işdən çıxmağa vadar edilib. İcra başçısı ilə bağlı məlumatı yəni sahibkarlardan nə qədər istənilən səs yazısını da PA-a şəxsən Xəlilov çatdırıb. Tağı müəllim də yaxından yardımçı olub. İndi də Zahid müəllim tam gücü ilə fokuslanıb RİH başçısının 1-ci müavini Gülarə Verdiyevaya. İki müavin arasında bir kresloya sığmayan mübarizənin getdiyinə indidən tam əmin ola bilərik."

 Deyə bilərəm ki, icra hakimiyyətinin media məlumatında I müavin Gülarə Verdiyevanın adının ən sonda yazılması da artıq savaşın açıq müstəviyə keçdiyindən xəbər verir. Savaşın böyüdüyü halda G.Verdiyeva yenilgiyə məhkumdur. Çünki, elə dərin savada və nitqə malik olmyan keçmiş məktəb direktoru Gülarə xanım, illərin siyasi oyunçusuna qalib gəlməyi kosmosa getməyi kimi bir şeydir. Amma, görəsən iki müavin arasında olan savaşın daha da böyüdüyü halda Gülarə xanımın yaxın qohumu Zeynal Nağdəliyev, Zahid Xəlilovla Tağı Tağıyevə qarşı necə və hansı önnəmlər alacaq...!?

Növbəti sayımızda:

Asif Əsgərov  növbədənkənar VII çağırış Milli Məclisə seçkilərdə deputat seçiləndən sonra dövlət başçısının sərəncamı ilə Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edildiyi vaxtdan iki gün sonra Zahid Xəlilov, ən yaxın silahdaşı, sirr yoldaşı, RİH-nin memarı Ələskər Rüstəmovla, Bakı ŞİH-ni, Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsini, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyini necə razı salaraq Nəsib bəy Yusifbəylidə yerləşən Nəsimi MKTB-nin 59 saylı mənzil-kommunal istismar sahəsinin ərazisini kimlərə və necə satılmasını oxuculara təqdim edəcəyik...!



Chosen
79
paytaxt.org

1Sources