EN

Bəhreyn Kralı ABŞ-nin Sülh Şurasına qoşulmaq dəvətini qəbul edib

Bəhreyn Kralı Həməd bin İsa Əl Xəlifə ABŞ Prezidenti Donald Trampın Qəzza zolağının idarə edilməsi məsələləri ilə məşğul olacaq Sülh Şurasına qoşulmaq dəvətini qəbul edib.

"Far.Az" xəbər verir ki, Bəhreyn Xarici İşlər Nazirliyinin bununla bağlı bəyanatını BNA agentliyi yayıb.

"Bəhreyn Krallığının qərarı Prezident Donald Tramp tərəfindən təklif olunan və 20 bənddən ibarət olan Qəzza bölgəsinə dair sülh planının tam həyata keçirilməsinə nail olmaq istəyindən irəli gəlir. Çünki bu planın qardaş Fələstin xalqının qanuni hüquqlarının qorunması üçün əhəmiyyətini nəzərə almaq lazımdır", - sənəddə qeyd olunur.

Bildirilib ki, Həməd bin İsa Al Xəlifə Amerika liderinin regionda və bütün dünyada sülhün təmin olunması səylərini yüksək qiymətləndirir.

Bundan əvvəl Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Sülh Şurasına qoşulduğunu elan edib. Qətər hakimiyyəti də quruma üzv olmaq üçün dəvət alıb.

Chosen
32
far.az

1Sources