ain.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Finlandiyada "Elisa" rabitə operatoru iyun ayının sonundan etibarən sabit telefon xidmətlərini tamamilə dayandıracaq.
Oxu.Az xəbər verir ki, bu barədə "Helsingin Sanomat" nəşri məlumat yayıb.
Qərar həm fərdi müştəriləri, həm də ənənəvi telefon şəbəkəsindən istifadə edən müəssisələri əhatə edəcək. Hazırda "Elisa"da sabit telefon əlaqəsinə yalnız bir neçə min bağlantı qalıb və onların sayı davamlı olaraq azalır.
Daha əvvəl analoji xidmətlərin dayandırılmasını "Telia" şirkəti bəyan etmişdi. DNA şirkəti isə ölkədə sabit telefon şəbəkəsinin sökülməsinə artıq başlayıb.
Finlandiya Nəqliyyat və Rabitə Agentliyinin rəsmisi bildirib ki, 2024-cü ilin sonunda Finlandiyada təxminən 84 min sabit telefon xətti mövcud olub və bunun yalnız 10 mini evlərdə istifadə olunub.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.