EN

Kataloniyada qatar çökmüş istinad divarı ilə toqquşub, xəsarət alanlar var

İspaniyanın Kataloniya muxtar icmasında şəhərətrafı qatar relslərin üzərinə çökmüş istinad divarı ilə toqquşub.

"Report"un məlumatına görə, bu barədə ABC qəzeti məlumat yayıb.

Məlumata görə, hadisə nəticəsində azı 20 nəfər xəsarət alıb. Digər mətbu orqanlar hadisə zamanı 1 nəfərin öldüyünü xəbər veriblər.

Qatar Jelida-Manresa xətti ilə hərəkət edirmiş.

Chosen
29
far.az

1Sources