EN

Ermənistana qaytarılmış Xocalı qatili Xaçaturyanın "baxışlarındə dərin bir kədər var, gözləri tez-tez yaşla dolur"-YƏQİN...

"Bu gün Bakıda əsirlikdən(terrorçu kimi həbsdən-S.L.) qayıtmış Vaqif Xaçaturyan hələ də xəstəxanadadır, ona hələ də xəstəxana müalicəsi lazımdır."
 
Moderator.az xəbər verir ki, bu barədə  onun qızı Vera Xaçaturyan "İravunk"  qəzetinin müxbirinə danışıb.
 
"Atamın əhval-ruhiyyəsi yaxşıdır, bizi çox darıxdırır, suallar verir, hər şeylə maraqlanır. Əsirlikdən heç danışmırıq, nə o, nə də biz bu mövzunu qaldırırıq. Atamda heç bir əhəmiyyətli dəyişiklik hiss etmirik, sadəcə çox qocalıb, baxışlarında dərin bir kədər var, gözləri tez-tez yaşla dolur..."- erməni qəzetinin yazdığına görə Xocalı və Meşəli qatilinin qızı belə deyib.
 
P.S. Yəqin Xaçaturyan Azərbaycan xalqına qarşı törətdiyi cinayətlərə görə peşiman olub...
 
S.Laçın
Chosen
109
2
moderator.az

3Sources