EN

Geriyə dönənlərin zolağına girən sürücü düzünə sürüb qaydaları pozdu VİDEO

ain.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.

Yol hərəkəti qaydasını kobud şəkildə pozan sürücünün görüntüsü avtomobildəki kameraya qeyd olunub. Avtosfer.az xəbər verir ki, hadisə yanvarın 3-də, Hacıqabul rayonu ərazisində qeydə alınıb. Belə ki, 77-SO-305 qeydiyyat nişanlı "Toyota" markalı avtomobilin sürücüsü geriyə dönmə zolağına daxil olaraq qaydaları pozub. Videodan da aydın şəkildə görünür ki, sürücü təhlükəsizlik adacığının üzərinə çıxaraq oradan düzünə hərəkət edib.

Qeyd edək ki, bu cür yollarda düzünə hərəkət edən sürücülərin geriyə dönmə yerinə daxil olması qadağandır.

Fərid

Oxunub 232

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
17
avtosfer.az

1Sources