EN

İspaniyada daha bir dəmir yolu qəzası - Ölən və xəsarət alanlar var

Yazını böyüt
Yazını kiçilt

İspaniyada yeni dəmir yolu qəzası baş verib.

Hafta.az xəbər verir ki, axşam saatlarında Barselona yaxınlığında sərnişin qatarı uçmuş dayaq divarı ilə toqquşduqdan sonra relsdən çıxıb.

Qəza nəticəsində qatarın maşinisti həlak olub, daha 15 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılardan dördünün vəziyyətinin ağır olduğu bildirilir.

İlkin məlumatlara görə, qəzaya son günlər yağan güclü yağışlar nəticəsində dəmir yolu xəttinin kənarında yerləşən dayaq divarının uçması səbəb olub. Hadisə Kataloniyanın Sant-Sadurni d’Anoia və Gelida stansiyaları arasında qeydə alınıb.

Qəza cəmi iki gün əvvəl İspaniyada baş vermiş digər irimiqyaslı dəmir yolu faciəsindən sonra yaşanıb. Həmin hadisə zamanı iki yüksəksürətli qatarın relsdən çıxması nəticəsində 42 nəfər həlak olmuş, 120 nəfər isə xəsarət almışdı. Bu hadisələr ölkədə dəmir yolu infrastrukturunun vəziyyəti ilə bağlı narahatlıqları daha da artırıb.

Chosen
12
4
hafta.az

5Sources