EN

“Fənərbaxça” Mbappe ilə yarışan futbolçunu istəyir

“Fənərbaxça” “Malyorka”nın futbolçusu Vedat Muriqinin xidmətində maraqlıdır. Metbuat.az xəbər verir ki, Türkiyə nəhəngi İspaniyada tarix yazan futbolçunu transfer etmək istəyir. "Fichajes"in məlumatına görə, “Fənərbaxça” Vedat Muriqi üçün 12 milyon avro təklif edib. Lakin “Malyorka” azı 16 milyon avro tələb edir.

Qeyd edək ki, Vedat Muriqi “Mayorka” tarixində ikinci ən çox qol vuran oyunçu olub. Kosovolu hücumçu 46 qolla “Mayorka” tarixində 45 qol vuran Juan Aranqonu geridə qoyub. O, 54 qolla klub tarixinin ən çox qol vuran oyunçusu Samuel Etonu geridə qoymaq istədiyini açıqlayıb. Vedat Muriqi bu mövsüm İspaniya çempionatında 14 qola imza ataraq, 19 qolla fərqlənən Kilian Mbappedən sonra ikinci yerdə qərarlaşıb.

Chosen
75
metbuat.az

1Sources