EN

Trampın Makronu aşağılamasının səbəbi açıqlanıb

ABŞ prezidenti Donald Tramp Parisdə G7 toplantısının təşkili ilə bağlı şəxsi mesaj yaymaqla fransalı həmkarı Emmanuel Makronu incitmək niyyətində olub...

Poliqon bu barədə Britaniyanın “The Guardian” qəzetinə istinadən xəbər verir.

Məqalədə iddia olunur ki, Fransa prezidentinin mesajının dərci sadəcə olaraq “intiqam aktı” və ya diqqəti cəlb etmək istəyi deyildi.

Nəşr qeyd edir ki, Amerika lideri informasiya axınında hökmranlıq etməklə və qəbul edilmiş normaları dəyişdirməklə öz siyasi rəqiblərini manipulyasiya etmək və sabitliyi pozmaq üçün mediadan istifadə edir.

Poliqon.info

Chosen
46
poliqon.info

1Sources