EN

Volski: Prezident düzgün qərar verəcək – ÖZƏL

Olaylar.az xəbər verir ki, Gürcüstan parlamentinin birinci vitse-spikeri Gia Volski etiraz aksiyaları zamanı saxlanılan şəxslərin mümkün əfv edilməsi məsələsinə münasibət bildirib.

Onun sözlərinə görə, bu şəxslərin peşmançılıq göstərməsi və bunun əsasında əfv olunması gündəmdə deyil. Volski qeyd edib ki, radikal müxalifətin siyasi liderləri özləri bəyan ediblər ki, heç bir əfvi qəbul etməyəcəklər, çünki məhkum olunmuş şəxsləri cinayətdə ittiham edən hakimiyyəti tanımırlar.

Vitse-spikerin fikrincə, siyasi qruplar və "inqilab komitəsi" təbliğat yolu ilə bu şəxsləri guya yalnız Avropa kursunun davamını tələb etdiklərinə görə cəzalandırılmış kimi təqdim etməyə çalışırlar ki, bu da spekulyasiya və manipulyasiyadır.

Volski vurğulayıb ki, qərar prezidentin səlahiyyətindədir və o, müxalifətin, hakimiyyətin və digər tərəflərin mövqeyindən xəbərdardır. "Mən əminəm ki, prezident düzgün qərar verəcək", - deyə o bildirib.

Lamiyə Cəbrayılova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
76
olaylar.az

1Sources