Səfərin ABŞ Prezidenti Donald Trampın dəvəti ilə həyata keçiriləcəyi bildirilir.
Daha əvvəl Tokayevin köməkçisi və mətbuat katibi Ruslan Jeldibay qeyd edib ki, Qazaxıstan prezidentinə "Sülh Şurası"nın tərkibinə daxil olmaq, Qazaxıstana isə qurucu ölkələrdən biri statusu təklif olunub. Tokayev bu təklifə cavab məktubu göndərərək razılığını ifadə edib.
Məlumata görə, Donald Tramp "Sülh Şurası"nın nizamnaməsinin imzalanmasını Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində planlaşdırır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31