EN

ABŞ məxfi silaha sahibdir - Tramp

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp “NewsNation” telekanalına verdiyimüsahibədə ABŞ-nin heç kimə məlum olmayan silah növlərinə sahibolduğunu bildirib.

Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir.

Ağ Ev rəhbəri bunu Venesuelada keçirilən əməliyyat zamanı səssilahından istifadə olunub-olunmadığı ilə bağlı jurnalistin sualınıcavablandıran zaman deyib. Trampın sözlərinə görə, ABŞ hərbiarsenalında çox məxfi və adamı heyrətə salan silahlarmövcuddur.

“Bizim heç kimə məlum olmayan silahlarımız var. Yəqin ki, buhaqda ümumiyyətlə danışmasaq yaxşı olar, amma bizim həqiqətən adamıheyrətə gətirən silahlarımız var”, - deyə Tramp vurğulayıb.

Ağ Ev rəhbəri təfərrüatlara varmayıb.

Məqalədə:
Chosen
64
az.trend.az

1Sources