
İranda iqtisadi problemlər fonunda başlayan etirazlar zamanı ölənlərin sayının 4 519-a çatıb.
Missiya.Az xəbər verir ki, bu barədə HRANA məlumat yayıb.
Məlumata görə, ölkə üzrə baş verən hadisələr nəticəsində 26 314 nəfər saxlanılıb. Həlak olanlar arasında 197 təhlükəsizlik əməkdaşı da var.
Qeyd edək ki, 28 dekabr 2025-ci ildə Tehranın Böyük Bazarında başlayan etirazlar qısa müddətdə ölkənin bir çox şəhərinə yayılıb. Yanvarın 8-də paytaxtda baş verən iğtişaşlardan sonra hökumət internetə çıxışı bloklayıb, hazırda isə internetə çıxışın qismən bərpa edildiyi bildirilir.
İranın ali dini lideri Ayətullah Əli Xamenei yanvarın 17-də etirazlarda “xarici qüvvələrin rol oynadığını” bəyan edib.
Seyranə QuliyevaMissiya.Az