"Real Madrid" "Liverpul"un futbolçusu Dominik Soboslaini transfer etmək istəyir. Metbuat.az xəbər verir ki, İspaniya nəhəngi futbolçu üçün 80 milyon avro büdcə ayırıb. Məlumata görə, “Liverpul” futbolçunun klubdan ayrılmasını istəmir və yarımmüdafiəçi ilə yeni müqavilə imzalamaq istəyir. Bildirilir ki, “Liverpul”un uğursuz oyunlarına baxmayaraq, Soboslai Premyer Liqanın tələbkar tempinə asanlıqla uyğunlaşıb. Qeyd edək ki, Dominik Soboslainin "Liverpul"la müqaviləsi 2028-ci ildə yekunlaşır. “Real Madrid”in futbolçusu Arda Güler Türkiyənin Macarıstanla oyunu zamanı macar oyunçu ilə mübahisə etmiş və bu mübahisə hər iki oyunçunun oyundan sonra sosial media hesablarında paylaşımları ilə davam etmişdi.