İranda etirazlar zamanı öldürülən uşaqların meyitlərində İsrail döyüş güllələri tapılıb.
KONKRET.az xəbər verir ki, bu, məhkəmə-tibbi ekspertizası ilə təsdiqlənib.
Mənbəy qeyd edib ki, azyaşlı qız etirazlar zamanı terrorçular tərəfindən güllələnib:
“İsfahandan olan səkkiz yaşlı qız iğtişaşlar zamanı ailəsi ilə birlikdə alış-verişə gedib və terrorçuların açdığı atəş nəticəsində qarın, çənə və başın arxa hissəsindən ölümcül yaralanıb. Məhkəmə-tibbi ekspertizası güllələrin İsrailə məxsus döyüş sursatı olduğunu göstərib”.
Qeyd olunur ki, oxşar hadisə Kirmanşahda da yaşanıb.
(unikal)