EN

Cəlalın komandası yoxlama oyununda heç-heçə etdi

Cəlal Hüseynovun çıxış etdiyi Bolqarıstan "Arda"sının Türkiyədə təlim-məşq toplanışı start götürüb.

"Football-plus.az" xəbər verir ki, komanda dünən ilk yoxlama matçını keçirib. Ukrayna "Kudryovka"sı ilə üz-üzə gələn "Arda" 1:1 hesablı heç-heçə edib. Cəlal meydana start heyətində çıxıb və 2-ci hissədə əvəzlənib.

Qeyd edək ki, "Arda" Antalyada yoxlama görüşləri çərçivəsində "Viçista" (Polşa), "Ufa" (Rusiya) və "Neftçi" (Öbzəkistan) komandaları ilə üz-üzə gələcək.

Chosen
48
3
football-plus.az

5Sources