BAKI, 21 yanvar. TELEQRAF
2025-ci ilin yanvar-dekabr aylarında Azərbaycandan 70 milyon 83.91 min ABŞ dolları dəyərində 1 milyard 230 milyon 524.82 min kilovat-saat elektrik enerjisi ixrac edilib.
Teleqraf Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, 2024-cü ilə nisbətən ixrac edilən elektrik enerjisinin dəyəri 25,5%, həcmi isə 29,8% azalıb.
Azərbaycanın qeyri-neft məhsullarının ixracında elektrik enerjisinin payı 0.28% təşkil edib.