Bakıda 36 yaşlı kişi dəm qazından boğularaq ölüb.
Leqal.info xəbər verir ki, hadisə Xəzər rayonunda qeydə alınıb.
1993-cü il təvəllüdlü Bədəl Əzimov yaşadığı fərdi yaşayış evində dəm qazından zəhərlənərək ölüb.
Faktla bağlı araşdırma aparılır.
Leqal.info