EN

Yaralı etirazçı qorxudan üç gün cəsəd torbasında qalıb

Unikal.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

İranda kütləvi nümayişlər zamanı yaralanmış etirazçı İslam Respublikası təhlükəsizlik qüvvələrinin onu öldürməsindən qorxaraq üç gün plastik torbada hərəkətsiz qalıb və ailəsi onu tapana qədər üzə çıxmayıb.

"Unikal" xəbər verir ki, bu barədə İran İnsan Hüquqları Sənədləşmə Mərkəzi məlumat yayıb. 

Məlumata görə, etirazçının ailəsi oğullarını üç gün axtarıb və nəhayət, onu Kəhrizəkdə sağ taparaq xəstəxanaya aparıblar. O, ağır güllə yaraları ilə cəsəd torbasında olub.

Yaralı etirazçı öldürülmək qorxusundan üç gün ərzində yemək və su olmadan hərəkətsiz qalıb.

Ağarza Elçinoğlu

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
46
unikal.az

1Sources