EN

FT: Əksər Aİ ölkələri Sülh Şurasına qoşulmaqdan imtina edib

Əksər Avropa İttifaqı ölkələri ABŞ prezidenti Donald Trampın elan etdiyi Sülh Şurasına qoşulmaq dəvətini rədd edib...

Poliqon xəbər verir ki, bu barədə Financial Times (FT) mənbələrə istinadən məlumat yayıb.

Qəzetin məlumatına görə, Avropada bir çoxları Sülh Şurasının qlobal münaqişələrin həlli üçün forum kimi BMT-ni kölgədə qoyacağından qorxurlar. FT mənbələri izah edib ki, Aİ Rusiya prezidenti Vladimir Putinin quruma qoşulmaq dəvətindən də narahatdır.

ABŞ prezidenti 16 yanvarda Sülh Şurasının yaradıldığını elan edib. İcra komitəsinə dövlət katibi Marko Rubio, xüsusi elçi Stiv Uitkoff, prezidentin kürəkəni Cared Kuşner və keçmiş Britaniya baş naziri Toni Bleyer daxildir. Belarus prezidenti Aleksandr Lukaşenko, Macarıstanın baş naziri Viktor Orban, Qazaxıstan prezidenti Qasım-Jomart Tokayev və BƏƏ prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan artıq şurada iştirak edəcəklərini təsdiqləyiblər. Artıq Azərbaycan da Sülh Şurasına qoşulmaqla bağlı təklifi qəbul edib.

Poliqon.info

Chosen
129
poliqon.info

1Sources