EN

Yüksək Liqa: X tur start götürür

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında X tur bu gün start götürəcək.

Fanat.Az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçiriləcək.

Hər iki görüş Fövqəladə Hallar Nazirliyinin idman zalında baş tutacaq.

Saat 16:00-da "Ordu" "Gənclər"lə, 18:00-da isə "Murov Az Terminal" "Xilasedici" ilə münasibətləri aydınlaşdıracaq.

Chosen
49
fanat.az

1Sources