EN

ANAMA yanında İctimai Şura üzvləri ilə 2026-cı ilin ilk görüşü keçirilib - FOTOLAR

Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov ANAMA yanında İctimai Şuranın üzvləri ilə görüş keçirib.

QHT.az xəbər verir ki, görüşdə, ANAMA yanında İctimai Şuranın sədri Umud Mirzəyev, sədr müavini Emil Həsənov, eləcə də üzvləri Musa Mərcanlı, Tural Piriyev, Könül Quliyeva, Hafiz Əzimzadə, Rəşad Mehdiyev iştirak ediblər.

Görüş zamanı 2026-cı il üçün planlaşdırılan layihələr, yeni təşəbbüslər və fəaliyyət istiqamətləri barədə fikir mübadiləsi aparılıb. Həmçinin, partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə tədbirləri, digər aidiyyəti qurumların İctimai Şura üzvləri ilə görüşün keçirilməsi, ölkəmizin üzləşdiyi mina probleminin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması istiqamətində mümkün fəaliyyət imkanları müzakirə edilib.

Cari ilin fevral ayında İctimai Şura üzvlərinin Xankəndi şəhərinə, aprel ayında isə Laçın rayonuna səfərlərinin nəzərdə tutulduğu qeyd edilib. Səfər çərçivəsində Agentliyin əməliyyat sahələri, minatəmizləmə fəaliyyətinə cəlb edilən özəl şirkətlərin fəaliyyəti, eləcə də Agentliyin mobil bazaları ilə tanışlıq, köç edən əhali ilə maarifləndirici görüşlərin keçirilməsi planlaşdırılıb.

Görüş qarşılıqlı fikir mübadiləsi və təkliflərin dinlənilməsi baxımından səmərəli olub.

Chosen
60
5
qht.az

6Sources