“800 milyard dollar dəyərində olan “rifah planı”nın Davosda keçirilən Dünya İqtisadi Forumunda (DİF) elan edilməsi nəzərdə tutulmuşdu. Lakin onun təqdimatı ABŞ və Avropa İttifaqı (Aİ) arasında, o cümlədən Qrenlandiya və bir sıra digər məsələlərlə bağlı fikir ayrılıqları səbəbindən təxirə salınıb”,- altı mənbə qəzetə deyib.
Məmurlardan birinin sözlərinə görə, hazırda“heç nə imzalanmayıb”.Digər həmsöhbət qeyd edib ki, eyni zamanda prezident Donald Trampın administrasiyası ilə digər sahələrdə, o cümlədən Ukrayna nizamlanması və müharibədən sonrakı bərpa məsələsində əməkdaşlıq quran Avropa dövlətləri ABŞ-nin Qrenlandiya ətrafında hərəkətlərinə məhəl qoymaya bilməz.
- Hazırkı şəraitdə tərəflər Trampla razılaşmalar üzrə irəliləyişi ictimaiyyətə nümayiş etdirməkdə maraqlı deyillər. Qrenlandiya və Qəzza üzrə “Sülh Şurası” ətrafında müzakirələr Davos gündəmində Ukrayna məsələsini arxa plana keçirib”, - daha bir mənbə vurğulayıb.
![]() |
| Tramp yenə Moskva və Kiyevdən gileylənib |
Xatırladaq ki, Ukrayna prezidenti Volodimir Zelenski keçən il dekabrın sonunda ölkənin bərpasıüçün 800 milyard dollar cəlb etmək niyyətində olduğunu açıqlayıb. Onun sözlərinə görə, maliyyələşmənin kapital, qrantlar, borc alətləri və özəl töhfələr hesabına təmin edilməsi planlaşdırılır.
Bundan başqa, sülh planı iqtisadiyyatın və zədələnmiş infrastrukturun bərpasını, habelə humanitar yardım üçün bir sıra xüsusi fondların yaradılmasını nəzərdə tutur.
Maraqlıdır ki, 2025-ci il dekabrın sonunda Donald Tramp Rusiyanın da Ukraynanın bərpasında iştirak edəcəyini bildirmişdi:“Onlar Ukraynanın uğur qazanmasını istəyirlər. Rusiya ucuz qiymətlərlə Ukraynaya enerji verməyə hazırdır”.
Sahil İsgəndərov
AzVision.az
