EN

Qarabağ Regional Təhsil İdarəsində YENİ TƏYİNAT

Qarabağ Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimlinin müvafiq əmrinə əsasən Elməddin Əsgər oğlu Bəşirov qurumun tədrisin keyfiyyəti sektorunun müdiri vəzifəsinə təyin edilib.

News365 .az xəbər verir ki, bu barədə Qarabağ Regional Təhsil İdarəsi məlumat yayıb.

Bildirilib ki, Elməddin Bəşirov 1981-ci ildə Neftçala rayonunda anadan olub. Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsini bitirib.

O, əmək fəaliyyətinə 2003-cü ildə Neftçala rayonu Zabil Əsgərov adına Aşağı Surra kənd tam orta məktəbində coğrafiya müəllimi kimi başlayıb, 2009-2023-cü illərdə həmin məktəbdə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışıb.

2023-2025-ci illərdə Şirvan-Salyan Regional Təhsil İdarəsinin tədrisin keyfiyyəti sektorunda məsləhətçi vəzifəsində çalışıb.

Chosen
39
10
news365.az

10Sources