"Qarabağ" ilə Almaniyanın "Ayntraxt" komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 7-ci turunun oyununa bilet satışı davam edir.
Fanat.Az Ağdam təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, artıq 26500 bilet alınıb.
Qeyd edək ki, "Qarabağ" - "Ayntraxti" oyunu bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 21:45-də start götürəcək.