EN

Çin siyasi münasibətlərə görə Yaponiyadakı son pandalarını geri qaytarır

Yaponiyada qalan son iki böyük panda ikitərəfli münasibətlərdə gərginliyin artması səbəbindən Çinə qaytarılacaq...

Poliqon xəbər verir ki, bu barədə South China Morning Post nəşri yazır.

Nəşrin məlumatına görə, əkiz pandalar Syao Syao və Ley Leyin geri qaytarılması təxminən yarım əsr ərzində ilk dəfə Yaponiyanın pandasız qalması demək olacaq. Pekin bu heyvanları ilk dəfə 1972-ci ildə Tokioya göndərmişdi. Bu addım iki ölkə arasında diplomatik münasibətlərin normallaşmasının rəmzi idi.

Qeyd olunur ki, Yaponiyadakı bambuk ayıları yanvarın 27-də Çinə yola salınmalıdır. Dörd yaşlı bu pandalar Tokiodakı "Ueno" zooparkında doğulsalar da, texniki baxımdan xarici zooparklarda olan bütün böyük pandalar və onların nəsli Çin Xalq Respublikasından "icarəyə götürülmüş" hesab olunur və geri qaytarılmaq üçün nəzərdə tutulur.

Nəşr əlavə edir ki, Yaponiya hökuməti Çin tərəfi ilə yeni pandaların gətirilməsi barədə danışıqlar aparıb. Lakin iki ölkə arasında diplomatik münasibətlərdə artan gərginlik fonunda yaxın gələcəkdə bu istiqamətdə hər hansı irəliləyiş gözlənilmir.

Noyabr ayında Yaponiyanın baş naziri Takaçi Sanae bəyan edib ki, Çin Tayvan üzərində nəzarət qurmağa cəhd edərsə, Tokio özünümüdafiə qüvvələrini yerləşdirəcək. Buna cavab olaraq, Çin Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Tsyan Bin xəbərdarlıq edib ki, Yaponiya Tayvan ətrafındakı vəziyyətdə hərbi gücdən istifadə etməyə qərar verərsə, sarsıdıcı məğlubiyyətə uğrayacaq.

Poliqon.info

Chosen
182
poliqon.info

1Sources