EN

ADSEA: Qarlı hava su təchizatına təsir etməyib

Azərbaycanda qarlı və şaxtalı hava şəraitinə baxmayaraq, sayğaclarda baş verən donvurma və ya digər nasazlıqlarla bağlı 955 Çağrı Mərkəzinə, eləcə də aidiyyəti şöbələrə hər hansı müraciət daxil olmayıb.

KONKRET.az xəbər verir ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyində İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb.

Hazırda su təchizatı və kanalizasiya sistemlərində şaxtalı hava şəraiti ilə əlaqədar ciddi problem qeydə alınmayıb, xidmətlər adi rejimdə fəaliyyətini davam etdirir.

ADSEA bundan əvvəl qış aylarında su sayğaclarının və açıq hava şəraitində yerləşən boru xətlərinin donmadan qorunması üçün abonentlərə çağırış edib, qabaqlayıcı tədbirlərin görülməsini tövsiyə etmişdi.

Chosen
22
7
konkret.az

8Sources