EN

İran: “Xameneiyə hücum müharibə ilə nəticələnəcək”

Ajans.az xəbər verir ki,bu barədə “Free Iran” Telegram kanalı məlumat yayıb. Bildirilib ki, Xameneiyə qarşı hər hansı hücum İran tərəfindən birbaşa müharibə elanı kimi qiymətləndiriləcək. Bəyanatda vurğulanır ki, Ali Liderə hücum təkcə İrana deyil, bütün İslam dünyasına qarşı müharibə aktı hesab olunacaq. Bu halda İslam alimləri tərəfindən cihad fərmanının verilməsi və dünya miqyasında “İslam əsgərlərinin” səfərbər edilməsi zəruri olacaq. İran tərəfi bu açıqlama ilə Ali Liderin təhlükəsizliyinin ölkə üçün “qırmızı xətt” olduğunu bir daha nümayiş etdirib.

 

Chosen
74
Ajans.az

1Sources