EN

20 Yanvar faciəsi qurbanlarının xatirəsi Meksikada ehtiramla yad edilib

Mexiko, 21 yanvar, AZƏRTAC

20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Meksika Birləşmiş Ştatlarındakı səfirliyində anım mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, Səfir Seymur Fətəliyev çıxış edərək, Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda aparılan mübarizənin tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 20 Yanvar hadisələrindən danışıb. Qeyd edib ki, 20 Yanvar faciəsi Azərbaycanın müstəqilliyinin bərpası yolunda dönüş nöqtəsidir, məhz bu tarixdən qısa müddət sonra ölkəmiz müstəqilliyə qovuşub.

Səfir, həmin dövrdə böyük təzyiq və çətinliklərə baxmayaraq, Ümummilli Lider Heydər Əliyevin nümayiş etdirdiyi siyasi iradənin önəmini vurğulayaraq, Ulu Öndərin bu qanlı faciəyə ilk siyasi-hüquqi qiymətin verilməsində oynadığı mühüm rolundan bəhs edib.

Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra keçdiyi yoldan söz açan səfir xalqımızın qəhrəmanlıq salnaməsində yeni parlaq səhifə olan 44 günlük Vətən müharibəsi, eləcə də post-münaqişə dövründə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən böyük işlər barədə danışılıb.

Tədbirdə Qanlı Yanvar hadisələrini əks etdirən videoçarxlar nümayiş etdirilib.

Chosen
39
azertag.az

1Sources