EN

​Oktay Kaynarcadan sərt sözlər:

Türkiyənin məşhur aktyoru Oktay Kaynarca yenə gündəmə gəlib. "Kurtlar Vadisi" serialında yaratdığı "Çakır" obrazı ilə məşhurlaşan sənətçi bu dəfə sosial şəbəkə hesabındakı paylaşımı ilə müzakirə mövzusuna çevrilib.
Metbuat.az xəbər verir ki, türkiyəli məşhur narkotik testi verəndən sonra da adı ətrafında başlayan müzakirələrin dayanmamasından narahat olduğunu bildirib: “Türk xalqının yanında üzüm ağ, alnım açıqdır. Narkotik testi verdim, nəticəsini Türkiyədə hər kəs bilir. İstintaqa ifadəmdə də qeyd etdiyim kimi, mən heç bir pis vərdişin aludəçisi olmamışam. Lazımsiz müzakirələrə son qoymaq lazımdır".

Aktyor deyib ki, bəzi sosial şəbəkə istifadəçiləri onun adından faydalanıb məşhurlaşmaq istəyirlər. Oktay Kaynarca həmin adamları heysiyyatsız adlandırıb: “Sosial şəbəkələrdə məşhurlaşmaq, izləyici sayını artırmaq istəyən bəzi heysiyyatsız insanlar hər fürsətdə mənim adımı narkotiklə yanaşı çəkir, hətta şəklimdən də istifadə edirlər. Onlar sosial şəbəkə meymunlarıdır. Bu adamlar üçün heç bir mənəvi dəyər qalmayıb. İzləyici sayını artırmaq üçün pak insanları ləkələmək, onlara mənəvi zərbə vurmaq alçaqlıqdır. Ayıb olsun!”

Chosen
14
metbuat.az

1Sources