Bakı. Trend:
Bu gündən etibarən Sumqayıt–Bakı xətti üzrə hərəkət edən ekspresqatarların dayanacaq siyahısına Bakıxanov dayanacağı da əlavəedilib.
Bu barədə Trend-ə ADY-dən məlumat verilib.
Bildirilib ki, bu xətt üzrə saat 07:30 və 08:00 reyslərininBakıxanovda dayanması sərnişinlərə əlavə imkanlar yaradır.
Eyni zamanda, axşam saat 18:05-də Bakıdan Pirşağı xətti iləSumqayıta hərəkət edən ekspres qatarı Sabunçu stansiyasında dadayanacaq.
Yeni hərəkət cədvəli: https://ticket.ady.az/az/yeni-hereket-cedveli