EN

Paşinyanın yaratdığı Şura II Qaragini boykota çağırıb

Erməni Kilsəsinin islahatı üzrə Şura bu gün rəsmi bəyanat verərək episkopları Katolikos II Qaregenin xaricidə çağırdığı toplantıya qatılmamağa çağırıb.

Bəyanatda xaricdə keçiriləcək episkoplar toplantısına dair qərarın ləğv edilməsi və bu cür ayrı-seçkilik yarada biləcək addımlardan çəkinməyin zəruriliyi tələb olunur.

“Bütün atalar - episkopları bu avantüraya qoşulmamaqla həm Müqəddəs Eçmiədzin iyerarxiyasının əsrlər boyu qorunan ənənələrini, həm də müqəddəs birliyi pozan hərəkətləri rədd etməyə çağırırıq”, - bəyanatda bildirilib.

Həmçinin, episkoplara xarici təsir altında olan, dövlət əleyhinə fəaliyyət göstərən hazırki Kilsə rəhbərliyinin provokasiya xarakterli addımlarına tabe olmamaq və əxlaqi-psixoloji təzyiqinə qarşı möhkəm dayanmaq tövsiyə olunur.

Chosen
2
2
herbiand.az

3Sources