EN

Yüksək sürət qəzaya SƏBƏB OLDU: 3 vaqon relsdən ÇIXDI – FOTO

Hamburqda yüksək sürətlə hərəkət edən metro qatarı relsdən çıxıb.

İnterpress.az xəbər verir ki, bu barədə Almaniya mətbuatı məlumat yayıb.

Hamburqun Bilştedt stansiyasında ötən axşam metro qatarının iştirakı ilə qəza baş verib.

Sərnişinsiz qatar giriş yolunda dayanacaq brusuna çırpılıb, nəticədə üç vaqon relsdən çıxıb. Stansiyalar arasında hərəkət dərhal dayandırılıb.

İlkin versiya kimi qatarın dalan yoluna həddindən artıq yüksək sürətlə daxil olması göstərilir.

Maşinist şok vəziyyətində xəstəxanaya çatdırılıb. Qəza anında qatarda sərnişin olmadığı üçün başqa xəsarət alan olmayıb.

Lakin “Hamburger Morgenpost” xəbər verir ki, relsdən çıxan vaqonlardan biri qarşıdan gələn qatarı zədələmiş ola bilər. Həmin qatarda 172 sərnişin olub.

İnsanlar vaqonlardan qəza pilləkənləri vasitəsilə çıxarılıb və avtobuslarla ərazidən daşınıb. Xəttin həmin hissəsi günün sonuna qədər bağlı qalacaq, qəzanın səbəbləri araşdırılır.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
11
interpress.az

1Sources