EN

Regional dəhlizlərlə bağlı ictimai dinləmənin keçirilməsi təklif edilir

Bakı. Trend:

Azərbaycan və Asiya regionu ilə əməkdaşlıqla bağlı keçirilənmüzakirələrimiz çox məhsuldar oldu. Orada yeni fikirlər ortayaçıxdı və bu diskussiya həm mətbuat, həm də geniş ictimaiyyət üçünfaydalı oldu.

Trend xəbərverir ki, bunu Milli Məclisin Beynəlxalq münasibətlər vəparlamentlərarası əlaqələr komitəsinin üzvü Fariz İsmayılzadəkomitənin bugünkü iclasında deyib.

Millət vəkili yaz sessiyasında iki ictimai dinləməninkeçirilməsi ilə bağlı təkliflərini səsləndirib:

“Birinci dinləmənin mövzusu regional dəhlizlər ola bilər. ÇünkiAzərbaycan hazırda bu istiqamətdə çox böyük işlər görür və Avrasiyaregionunda mühüm nəqliyyat və logistika halqasına çevrilir.Zəngəzur dəhlizi sürətlə inkişaf edir. Gürcüstanla əlaqəlidəhlizlərimizdə müəyyən suallar mövcuddur. Orta Asiya iləəməkdaşlıq çərçivəsində — artıq Azərbaycan Orta Asiya formatınaqoşulub — həmin istiqamətdə də dəhlizlər inkişaf edir. O cümlədənyaşıl dəhlizlər, yaşıl energetika və bu kimi mövzular aktuallıqkəsb edir.

Bütün bu məsələlər ətrafında geniş ictimai dinləməninkeçirilməsi məqsədəuyğun olardı. Çünki bəzən hətta qonşu ölkələrdəməlumatın azlığı narahatlıq yaradır və bu da müəyyən hallardasiyasi davranışlarda özünü göstərir. Ona görə regional dəhlizlərləbağlı açıq və şəffaf ictimai dinləmənin keçirilməsini vacib hesabedirəm”.

Deputat bildirib ki, ikinci təklif etmək istədiyi mövzu isəiqtisadi inkişaf və iqtisadi diplomatiya ilə bağlıdır:

“Azərbaycan hazırda elə bir mərhələdədir ki, qeyri-neftsektorunun sürətlə inkişaf etdirilməsi əsas prioritetlərdəndir.İqtisadi inkişafımız artıq təkcə neft sektoruna bağlı deyil. Bubaxımdan, ölkəyə sərmayələrin cəlb olunması, səfirliklərimizin buistiqamətdə gördüyü işlər, ümumilikdə səfirliklərdə iqtisadidiplomatiyanın hansı səviyyədə qurulması xüsusi diqqət tələbedir.

Bu mövzuda mütləq ictimai dinləmə keçirilməlidir. Çünki ənənəviolaraq səfirliklərimiz daha çox siyasi və hüquqi məsələlərlə məşğulolurlar. Halbuki iqtisadi diplomatiya anlayışını və praktikfəaliyyətini gücləndirməliyik. Əgər biz doğrudan da Azərbaycanasərmayə, turist, investor cəlb etmək, biznes forumlar və biznesdeleqasiyalar təşkil etmək istəyiriksə, səfirliklər bu prosesinmərkəzində olmalıdır”.

Məqalədə:
Chosen
21
az.trend.az

1Sources