EN

Psixi problemləri olan şəxs içki almaqdan imtina edən fəhləni BIÇAQLADI

Dağıstanda psixi xəstə fəhləni bıçaqlayıb.

İnterpress.az xəbər verir ki, bu barədə Dağıstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Dağıstanın Serqokala rayonunun Deqva kəndində səhər saatlarında qanlı hadisə baş verib.

37 yaşlı yerli sakin spirtli içki məclisi zamanı yanında işləyən fəhlədən gedib əlavə spirtli içki almasını tələb edib.

50 yaşlı tikinti ustası bundan imtina etdikdə tərəflər arasında mübahisə yaranıb. Nəticədə ev sahibi bıçaqla fəhlənin qarın nahiyəsinə zərbə endirib.

Yaralı dərhal xəstəxanaya çatdırılıb, ona daxilə nüfuz edən bıçaq yarası diaqnozu qoyulub.

Araşdırmalar zamanı məlum olub ki, hadisəni törədən şəxs psixonevroloji dispanserdə qeydiyyatdadır. Faktla bağlı cinayət işi başlanıb.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
11
interpress.az

1Sources