EN

“Quru sərhədlər dərhal açılmalıdır” - Tural Abbaslı

“Quru sərhədlər dərhal açılmalıdır”.

 

Pravda.az xəbər verir ki, bunu Ağ Partiyanın sədri Tural Abbaslı “LAF TV” müsahibəsində deyib.

 

O bildirib ki, sərhədlər açıq olanda icazəsiz bir qələm belə keçirmək mümkün olmur: “Haqqını belə keçirə bilmirsən. Gömrükdən quş uça bilmir. Quşun lələyini yolurlar. Deyirlər, ordan agent keçəcək... Agentlərin keçməyinə nə ehtiyac var. Agentlər hamısı oturub vəzifələrində kresloda...”

 

T.Abbaslı qeyd edib ki, insanların yaşayışı ağırlaşır: “Ən azı 20-24 rayon dolanışığını ordan keçirib. Bu bir yoxsullaşdırır insanları, əlavə vergilər isə ayrı kasıblaşdırır. İşçiləri, həkimləri ixtisara salırlar. Dünyanın harasında həkimləri ixtisara salırlar. Almaniyada həkim qıtlığı var. Biz o qədər inkişaf etmişik ki, həkim bolluğu yaşayırıq, ixtisar edirik. Yəni, canın çıxsın özəl klinikaya get. Hələ bir baxışa görə, prosedura başlamamış 60 manat verirsən”.

Tarix: 21 Yanvar 2026, 14:19   
Chosen
31
pravda.az

1Sources