EN

Qızıl və gümüşü taxtdan salacaq yeni “qızıl”

Qızıl və gümüş tarixi rekordlar qırarkən ABŞ bank nəhəngi “Morgan Stanley” diqqətini başqa bir əmtəəyə yönəldərək təəccüblü proqnoz verib.

Ölkə.az xəbər verir ki, bank həm süni intellekt, həm də  enerji keçidi ilə əlaqədar olaraq qızıl və gümüşü taxtdan salacaq "yeni qızıl"ı açıqlayıb.

“Morgan Stanley”in son əmtəə hesabatında 2026-cı ildə qızıl və gümüşdən daha yüksək gəlir gətirəcək bir investisiya növünü açıqlayıb.  Yeni qızıl funksiyasını isə mis oynayacaq.
Misi " yeni neft " və " yeni qızıl " kimi təsvir edən “Morgan Stanley”, yüksəliş proqnozunu üç əsas amilə əsaslandırır:

Süni intellekt və məlumat mərkəzləri: Süni intellekt texnologiyasının inkişafı nəhəng məlumat mərkəzlərinə ehtiyac yaradır. Bu mərkəzlərin elektrik infrastrukturu gözləniləndən daha çox mis istehlak edir.

Enerji keçidi: Elektrikli nəqliyyat vasitələri və bərpa olunan enerji şəbəkələri ənənəvi sistemlərə nisbətən 4-6 dəfə çox mis istifadəsini tələb edir.
Təchizat qıtlığı: Yeni mədən layihələrinin işə salınmasında gecikmələr qlobal mis ehtiyatlarının kritik səviyyələrə düşməsinə səbəb olub.

“Morgan Stanley”-in Əmtəə Strategiyası Qrupu mis üçün aşağıdakıları qeyd edir:
"Mis sadəcə sənaye metalı deyil; qlobal elektrikləşmənin əsas komponentidir. Təklifin tələbi ödəyə bilmədiyi bir dövrə qədəm qoyuruq ki, bu da qiymətlərdə aqressiv yüksəliş hərəkətinə səbəb ola bilər".

“Morgan Stanley”-nin proqnozuna görə, mis qiymətlərinin növbəti 12 ay ərzində 20%-dən 35%-ə qədər artacaq. Mis hazırda 5.8540 dollar səviyyəsində satılır.  İlin sonuna qədər misin qiyməti 7000 ilə 8000 dollar arasında olacaq.

 Mürtəza

Chosen
16
1
olke.az

2Sources