EN

İncəsənət adamlarından xahiş edirəm, buna sahib çıxın

ain.az, Axsham.az portalına istinadən məlumat yayır.

"Azərbaycan filminin çoxdandır durğunluqda olması, ünvanına gələn bəyənməməzliklər, aktyorlara baxılan soyuq baxışlar məni narahat edir. Yenilər çox az gəlir. Çünki köhnələr yoxdur. Yenilər isə yazıq uşaqlar təhqirlərdən qorxurlar".

Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Afaq Bəşirqızı "Afaqla 10lar" verilişində deyib. Aktrisa film sahəsinin getdikcə zəifləməsindən danışıb. A.Bəşirqızı incəsənət nümayəndələrinə səslənib: 

"Uzun müddət bunun ağrısını, əzabını çəkdim. Rejissorlarımız, texnikamızın olmaması pisdir. Kiminsə adını çəkmək asandır. Amma bunun səbəbini bilmirsən. Bütün incəsənət xadimlərindən ayağa qalxıb hüquq və mövqelərini müdafiə etməsini, mədəniyyətin keşiyində durması məsələsinin həllini tapmasını xahiş edirəm. İstər yaşlılardan, istərə cavanlardan. Zərin qədrini zərgər bilər. Mənim filmimi çəkən mənim qanım, canım olmalıdır. Məni tanımalıdır. Mən "O olmasın, bu olsun", "Babək", "Nəsimi" kimi filmləri kiməsə deyə bilmərəm çək".

Aktrisa son günlər çəkilən filmlərdən ən çox "Tağıyev" filmini bəyəndiyini deyib:

"Son çəkilənlərdən xoşuma gələn Hacı Zeynalabdın Tağıyevə həsr edilən filmdir. Tək istəyim filmin "Oskar" almasıdır. Gücüm çatan nəyim varsa verərəm, təki alsın".

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
18
axsam.az

1Sources