Azpolitika.az saytına istinadən ain.az xəbər verir.
ABŞ Rusiya nefti daşıyan “kölgə donanması”na qarşı əməliyatları davam etdirir.
“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, ABŞ Cənub Komandanlığının məlumatına görə, 21 yanvarda Karib dənizində sanksiyalı neft daşıyan “Sagitta” tankeri ələ keçirilib. Bu gəmi, ABŞ ordusunun Venesuelaya qarşı "karantin rejimi”nin pozulmasının qarşısını almaq üçün 2025-ci ilin dekabrından bəri ələ keçirdiyi yeddinci gəmidir.
Gəmi izləmə xidməti “VesselFinder”-in məlumatına görə, ABŞ, AB və Böyük Britaniya tərəfindən qara siyahıya alınan “Sagitta” gəmisi Panama bayrağı altında üzür, lakin əslində, Rusiyanın “kölgə donanması”na aiddir. Tankerə məhdudiyyətlər qoyulmasının əsas səbəbi kimi Rusiyanın Ukraynaya hücumuna görə tətbiq edilən sanksiyalar göstərilib.
Bundan əvvəl amerikalılar Rusiyaya məxsus “Marinera” (Bella 1) tankerini, eləcə də “Olina” və “Sophia” tankerlərini ələ keçirmişdilər.
Bu arada Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov deyib ki, Vaşinqton Moskvanın 7 yanvarda ələ keçirilən “Marinera” gəmisindən iki dənizçinin azad edilməsi tələbini qulaqardına vurub.
“AzPolitika.info”
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.