Bakı. Trend:
2026-cı ildə Azərbaycanda neft hasilatı günə 0,57 milyon bareltəşkil edəcək.
Trend-inBeynəlxalq Enerji Agentliyindn (BEA) əldə etdiyi məlumata görə,təşkilatın öncəki qiymətləndirməsi ilə müqayisədə proqnozlardəyişilməz olaraq qalıb.
BEA ilk iki rübdə hasilatın günə 0,58 milyon barel səviyyəsindəolacağını, üçüncü və dördüncü rüblərdə isə gündəlik 0,57 milyonbarelə qədər düşəcəyini gözləyir.
BEA-nın məlumatına görə, 2025-ci ilin yekunlarına əsasən,Azərbaycanda günə 0,57 milyon barrel istehsal olunub.
2024-cü ildə Azərbaycanda orta günlük neft hasilatı 0,6 milyonbarrel təşkil edib.
Qeyd edək ki, Azərbaycan Energetika Nazirliyinin məlumatınaəsasən, 2025-ci ildə ölkədə (qaz kondensatı ilə birlikdə) 27,7milyon ton neft hasil edilib.
Bunun 16,2 milyon tonu “Azəri-Çıraq-Günəşli” yataqlarının, 3,8milyon tonu “Şahdəniz” yatağının, 600 min tonu “Abşeron” yatağının,7,1 milyon tonu isə SOCAR-ın payına düşüb.
Hesabat dövründə (qaz kondensatı ilə birlikdə) 23,1 milyon tonneft ixrac edilib. Bunun 20 milyon tonu konsorsiumların, 2,5 milyontonu SOCAR-ın, 600 min tonu isə JOCAP-ın payına düşüb.